Millimizin baş məşqçi Robert Prosineçki Xorvatiya mətbuatına açıqlama verib. Fanat.Az xəbər verir ki, xorvat mütəxəssis San Marino üzərində 5:1 hesablı qələbədən danışıb.

"San Marino üzərində qələbə gözlənilən idi. Amma ola bilər ki, çoxları bu qədər qol vuracağımızı gözləmirmiş. Amma ümumilikdə bu nəticə çox yaxşı oldu. Nəticə yaxşı oldu" deyə Prosineçki bildirib.

Baş məşqçi gələcəyi ilə bağlı danışıb: "İndi seçmə mərhələni başa çatdırmalıyıq. Sonra necə olacağını zaman göstərəcək. Müqaviləmin müddəti dekabr ayında başa çatacaq. Nə olacağını bilmirəm. Yeni müqavilə ilə bağlı danışıqlara başlamamışam".

Xarici KİV-də Prosineçkinin Xorvatiya millisinin baş məşqçisi postuna namizəd olduğu barədə xəbərlər yayılıb. O, bu xəbərləri təkzib edib: "Bu məlumatlardan xəbərim var. Ona dərhal aydınlıq gətirək. İndiyədək mənimlə Xorvatiya millisinin baş məşqçisi olmaqla bağlı heç kim danışıq aparmayıb. Azərbaycan millisinin baş məşqçisi olduğum vaxtda bu barədə danışmaq düzgün deyil".

Fanat.Az