Azərbaycan Fransada keçirilən musiqi festivalında təmsil olunacaq

Azərbaycan Fransada keçirilən musiqi festivalında təmsil olunacaq
04:47 12 Sentyabr 2017
183 Şou
Ölkə mətbuatı
A- A+

Paris. 12 sentryabr. REPORT.AZ/ Azərbaycan 19-24 sentyabrda Fransanın Alzas regionunun Müluz şəhərində keçiriləcək “İki dünya” musiqi festivalında təmsil olunacaq.
"Report"un Fransa bürosu xəbər verir ki, builki sayca üçüncü festivalda Azərbaycanın dünya şöhrətli bəstəkarları Fikrət Əmirov və Xəyyam Mirzəzadənin əsərləri səsləndiriləcək, Səddam Novruzbəyovun nağara və klarnetdə ifasında musiqilərimiz fransalı musiqisevərlərə təqdim ediləcək.
Festivalın bədii direktoru, bəstəkar və “Xocalı 613” əsərinin müəllifi Pyer Tiluadır.

Xəbərin orijinal ünvanı: https://report.az/sou-biznes/azerbaycan-fransada-kecirilen-musiqi-festivalinda-temsil-olunacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR