Bu gün Əməkdar artist Nüşabə Ələsgərlinin qəza törətməsi ilə bağlı xəbər yayılıb.

Publika.az-a açıqlama verən sənətçi bu məlumatın həqiqəti əks etdirmədiyini deyib: “Səhv xəbərdir. Salonda oturmuşam, saçımı fenləyirlər. Qəza olmayıb”.

Qeyd edək ki, ifaçının Yasamal rayonundakı 3 saylı “ASAN” Xidmətin qarşısında qəza törətdiyi bildirilmişdi.

Pərviz Hüseyn