Şahmar Mövsümov Fransanın Avropa və xarici işlər naziri yanında dövlət katibi ilə görüşüb
Paylaş
·64 baxış·1 dəq oxu
Bakı. 15 sentyabr. REPORT.AZ/ Bu gün Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) icraçı direktoru Şahmar Mövsümov ilə Fransanın Avropa və xarici işlər naziri yanında dövlət katibi Jan-Batist Lömuanın başçılıq etdiyi nümayəndə heyəti arasında görüş keçirilib. ARDNF-dən “Report”a Fonddan verilən məlumata görə, görüşdə Fondun fəaliyyəti, vəsaitlərin idarə edilməsi, investisiya siyasəti və Fransada yeni investisiya imkanları müzakirə edilib. Nümayəndə heyəti Fondun muzeyi ilə tanış olub.