Luis Hemilton Sinqapur Qran Prisinin qalibi oldu

"Mercedes" komandasının pilotu Luis Hemilton Sinqapur Qran Prisinin qalibi olub.

Metbuat.az bildirir ki, yarışı ikinci yerdə "Red Bull" komandasının pilotu Daniel Rikyardo, üçüncü yerdə isə "Mercedes"in pilotu Valtteri Bottas başa vurublar. 

Yağış və çox saylı qəzalara görə, yarış 61 dövrə əvəzinə 58-ci dövrədə bitib. 

14 mərhələdən sonra Hemilton 263 xalla liderlik edir. İkinci yerdə 235 xal ilə Sebastyan Fettel qərarlaşıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR