"Report"un "Reuters"ə istinadən verdiyi xəbərə görə, faciə Koks-Bazar şəhərində baş verib.
Nəticədə fillər 2 rohinca qaçqınını tapdalayaraq öldürüb, 5-ni isə yaralayıb. Ölənlər - 55 yaşlı kişi və 2 yaşlı uşaqdır.
Xəsarət alanlar yerli xəstəxanaya çatdırılıb.
Qeyd edək ki, Banqladeş ərazisindəki qaçqın düşərgəsində məskunlaşmış müsəlman rohincalar Myanma Silahlı Qüvvələrinin təqiblərdən qaçırlar. Cari il avqustun 25-dən sentyabrın yarısınadək Rakhayn ştatından Banqladeşə 410 mindən artıq rohincalı keçib. Banqladeş ərazisində sərhəd boyu yerləşən qaçqın düşərgələri artıq dolub.