Qızıl ucuzlaşacaq

Bu il Məhərrəm ayının başlanması sentyabr ayının 22-nə təsadüf edir.

Bu ayda şadlıq etmək haram buyrulduğu üçün insanlar 40 gün ərzində toy etmirlər. Bu da başda qızıl bazarı olmaqla bir çox sahələrə təsirsiz ötüşmür.

İqtisadçı Natiq Cəfərli Metbuat.az-a açıqlamasında bildirir ki, qızılın qiyməti ucuzlaşa bilər:

“Azərbaycanda toy mövsümünün olmaması qızıl satışı ilə məşğul olan insanların ticarət dövriyyəsini xeyli azaldacaq. Müştərisi az olan satıcılar dövriyyəni təmin etmək məqsədilə qiyməti aşağı salacaqlar. Həmçinin, dünya bazarında qızılın ucuzlaşması bizim bazarlara da təsir edəcək. Çünki Azərbaycanda qızılın qiyməti dünya bazarlarından ciddi asılıdır. Azərbaycana qızıl-zinət əşyaları Ərəb ölkələri, Türkiyə və Rusiyadan idxal olunur. Dünya bazarlarındakı qızılın qiymətinə paralel olaraq Azərbaycanda da qiymət dəyişəcək”.

İqtisadçı əlavə etdi ki, qızılın qiymətinin ucuzlaşması alıcılıq qabiliyyətindən də asılı olan məsələdir:

"Son illər vətəndaşların alıcılıq qabiliyyəti azalıb. Alıcılıq qabiliyyətinə görə qiymətlərin tənzimlənməsində satıcılar maraqlı olsalar yaxşıdır".

Sabirabad: Vətəndaşları narazı salan problem - FOTOLAR - OXUMAQ ÜÇÜN TIKLAYIN!

Xəyalə Məmmədova / METBUAT.AZ 


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR