Ərdoğan kürdlərə çağırış etdi

Ərdoğan kürdlərə çağırış etdi
03:44 20 Sentyabr 2017
150 Digər
Ölkə mətbuatı
A- A+

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Şimali İraq Kürd Muxtariyyətini müstəqillik ideyasından və referendum keçirmək planından imtina etməyə çağırıb. APA-nın xəbərinə görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən 72-ci sessiyasında çıxışı zamanı bildirib.

 

“Müstəqillik tələbi ilə atılan addımlardan çəkinmək gərəkdir. Bu cür addımlar bölgədə yeni böhran və münaqişələrin yaranmasına səbəb ola bilər.  İraq Kürd Muxtariyyətini bu təşəbbüsə son qoymağa çağırırıq. Türkiyənin bu məsələ ilə bağlı aydın mövqeyinin inkar edilməsi İraq Kürd Muxtariyyətinin rəhbərliyini hazırkı imkanlarından məhrum edəcək”, - deyə Ərdoğan qeyd edib.   

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/283727

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR