32 yaşlı kişi özünü körpüdən atdı - Şəkidə

32 yaşlı kişi özünü körpüdən atdı - Şəkidə
09:09 20 Sentyabr 2017
117 Digər
Ölkə mətbuatı
A- A+

Şəkidə 32 yaşlı kişi intihar etmək məqsədi ilə özünü körpüdən atıb.

 

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, bu gecə saat 02.00 radələrində rayonun Qoxmuq kənd sakini, 1985-ci il təvəllüdlü Xəyyam Ümidvar oğlu Daşdəmirov idarə etdiyi minik avtomobili ilə Kiş çayı üzərində inşa edilən simvolik “Qoxmuq” körpüsünə gəlib. O, avtomobildən düşərək özünü körpüdən atıb. Müxtəlif dərəcəli bədən xəsarətləri alan Xəyyam Daşdəmirov Şəki Mərkəzi Rayon Xəstəxanasının (MRX) reanimasiya şöbəsinə yerləşdirilib.

 

 

MRX-dan verilən məlumata görə, Xəyyam Daşdəmirova döş qəfəsi və qarnının küt travması diaqnozu qoyulub, vəziyyəti orta-ağır qiymətləndirilir.

 

Faktla bağlı Şəki rayon prokurorluğunda CM 125-ci maddəsi (özünü öldürmə həddinə çatdırma) ilə cinayət işi başlanıb, araşdırma aparılır.

 

Qeyd edək ki, simvolik Qoxmuq körpüsü Şəki şəhəri ilə Qoxmuq kəndini birləşdirir.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/283734

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR