29 yaşlı yarımmüdafiəçisi hazırda Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsində çalışan həmyerlisi Robert Prosineçkini kumiri hesab etdiyini söyləyib. O, bildirib ki, 48 yaşlı mütəxəssis xorvatiyalılar üçün qəhrəmandır: "Prosineçki “Real Madrid”, “Barselona” və “Sevilya”da oynayıb, xorvatlar üçün qəhrəmandır. Uşaqlıqda onun kimi olmaq və İspaniyada oynamaq istəyirdim”.
Qeyd edək ki, Robert Prosineçki 1 dekabr 2014-cü ildən Azərbaycan yığmasına rəhbərlik edir. Həmin vaxt onunla 3 illik müqavilə bağlanılıb.