Sürücünü döyənin atası canlı yayımda...

Sentyabrın 18-də axşam saatlarına metronun “Memar Əcəmi” stansiyasının yaxınlığındakı dayanacaqda 135 saylı avtobusun sürücüsü Kərimov Qüdrət Xanzalı oğlunu döyən sərnişinin atası ATV-nin “Bizimləsən” verilişində efirə çıxıb. 

O, oğlunun o hadisədən sonra hələ evə gəlmədiyini, gəldikdə isə oğlunu döyəcəyini deyib. Verilişdə yadda qalan məqamlardan biri yenə də aparıcı Zaur Baxşəliyevin ataya, “Buna evdə nə yedirdirsən?” deməsi olub.

Həmin verilişdən bir parçanı təqdim edirik.

//a24.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR