Səfir: "Aİ Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının gedişini diqqətlə izləyir"

Səfir: "Aİ Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının gedişini diqqətlə izləyir"
15:17 20 Sentyabr 2017
85 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 20 sentyabr. REPORT.AZ / Avropa İttifaqı (Aİ) Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına birbaşa cəlb olunmayıb, lakin hadisələrin gedişini diqqətlə izləyir.
"Report" xəbər verir ki, bu barədə Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin yeni rəhbəri Kestutis Yankauskas bildirib.
"Başa düşürəm, bu mövzu burada nə dərəcədə vacibdir. Mən bu, və ilk növbədə əvvəllər işlədiyim qonşu Gürcüstandakı təhlükəsizlik siyasəti və münaqişələr üzrə təcrübədən istifadə edəcəyəm.Avropa İttifaqı yerlərdə və beynəlxalq meydançalarda Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasınıngedişini diqqətlə izləyir. Münaqişə mövzusu Azərbaycanın Aİ ilə yeni sazişi çərçivəsində və Şərq Tərəfdaşlığı sammitinə hazırlıq zamanı da müzakirə olunacaq".
Səfir qeyd edib ki, Bakıya bu yaxınlarda gəlib, və bu mərhələdə "işlərin gedişatını daha yaxşı öyrənmək və dərk etmək istəyir".

Xəbərin orijinal ünvanı: https://report.az/dagliq-qarabag/sefir-ai-dagliq-qarabag-munaqisesinin-nizamlanmasinin-gedisini-diqqetle-izleyir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR