Kəmaləddin Heydərov Pakistanın Hərbi Hava Qüvvələri komandanı ilə görüşdü

Kəmaləddin Heydərov Pakistanın Hərbi Hava Qüvvələri komandanı ilə görüşdü
16:24 20 Sentyabr 2017
68 Digər
Ölkə mətbuatı
A- A+

Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Pakistanın Hərbi Hava Qüvvələri komandanı, aviasiya marşalı Sohail Amanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

 

Lent.az-ın nazirliyin saytına istinadən məlumatına görə, Kəmaləddin Heydərov hər iki ölkə arasındakı əlaqələrinin yüksələn xətlə inkişaf etdiyini və mövcud münasibətlərin ildən-ilə gücləndiyini diqqətə çatdırıb. Respublikamızda fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması istiqamətində görülən işlərdən ətraflı bəhs edən nazir Pakistanın müvafiq qurumları ilə əməkdaşlığın geniş perspektivləri olduğunu bildirib.

 

Pakistanın Hərbi Hava Qüvvələri komandanı, aviasiya marşalı Sohail Aman Azərbaycanla Pakistan arasındakı münasibətlərin möhkəm təməllər üzərində qurulduğundan danışıb. Qonaq ölkələr arasında əlaqələrin uğurla inkişaf etdiyini diqqətə çatdıraraq mövcud əməkdaşlığın daha da genişləndirilməsinin əhəmiyyətini qeyd edib.

 

Görüşdə hər iki ölkə arasında fövqəladə halların nəticələrinin aradan qaldırılması sahəsində birgə əməkdaşlıq haqqında hazırlanmaqda olan sazişin imzalanmasının əhəmiyyətindən danışılıb, pakistanlı tələbələrin Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin Akademiyasında təhsil almalarının perspektivləri müzakirə olunub.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/283782

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR