Emin Mahmudov: "Bizə qələbə qazanmaq lazımdır”

Emin Mahmudov: "Bizə qələbə qazanmaq lazımdır”
17:57 20 Sentyabr 2017
98 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 20 sentyabr. REPORT.AZ/ "Neftçi”yə gəldiyimə görə şadam. Komandaya çətin vəziyyətdən çıxmaq üçün kömək etmək istəyirəm. Ona görə ki, komanda yaxşı vəziyyətdə deyil. Yavaş-yavaş yüksəlmək lazımdır".
"Report"un məlumatına görə, bunu "Neftçi"nin yeni transferi Emin Mahmudov klubun rəsmi saytına açıqlamasında deyib.
25 yaşlı yarımmüdafiəçi kollektivdaxili ab-havadan razılıq ifadə edib: "Hamı vəziyyətin yaxşı olmasını arzulayır. "Neftçi”nin əvvəlki səviyyəsinə qayıtmasını istəyən azarkeşlərin arzusunu reallaşdırmaq üçün hamımız çalışırıq. Ruslan Abışov mənə çox kömək edir, digər komanda yoldaşlarım da köməklərini əsirgəmirlər. Hər bir futbolçumuzla yaxşı münasibətim var, portuqal dilini bildiyim üçün legionerlərlə də ünsiyyət qura bilirəm. Azərbaycan, rus dillərini bilənlərlə danışıram. Buna görə də uyğunlaşma prosesi asan keçir".
Mahmudov qələbəyə ehtiyaclarının olduğunu da vurğulayıb: "Meydana məğlub düşüncələri ilə çıxmaqdansa, çıxmamaq yaxşıdır. Yalnız qələbə haqda düşünməliyik. Ümid edirəm ki, alınacaq, qalib gələcəyik. Bilirik ki, bizə qələbə qazanmaq lazımdır”.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/emin-mahmudov-bize-qelebe-qazanmaq-lazimdir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR