Azərbaycan Xarici İşlər Nazirliyinin binası qarşısında tələbələr etirazını bildiriblər

Azərbaycan Xarici İşlər Nazirliyinin binası qarşısında tələbələr etirazını bildiriblər
18:07 20 Sentyabr 2017
110 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 20 sentyabr. REPORT.AZ/ Azərbaycan Xarici İşlər Nazirliyinin binası qarşısına toplaşan bir qrup tələbə etirazını bildirib. 
"Report"un verdiyi xəbərə görə, 70 nəfərə qədər tələbə lazımi sənədlərin səfirliyin Konsulluq xidmətinə təqdim edilməsinə baxmayaraq, İtaliyanın Azərbaycandakı səfirliyinin bu ölkədə təhsil almaq üçün onlara vizalar təqdim etmədiyindən şikayətçi olduqlarını bildiriblər.
Tələbələrin özlərinə görə, səfirlik müraciət edənlərə viza verməkdən imtina edib.
Binanın qarşısına toplaşanların tələbini bildirmək üçün 8 nəfər Xarici İşlər Nazirliyində qəbul edilib.
Xatırladaq ki, bundan öncə İtaliya səfirliyi viza tələblərinə tam cavab verən viza sorğularını araşdırdığını qeyd etmişdi.
"Cavab gözləyən tələbələrlə yaxın günlərdə və ya həftələrdə əlaqə saxlanılacaq", - səfirlikdən bildiriblər. 

Xəbərin orijinal ünvanı: https://report.az/xarici-siyaset/azerbaycan-xarici-i-sler-nazirliyinin-binasi-qarsisinda-telebeler-etirazini-bildiribler

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR