Emin Mehdiyev: “Yalnız qələbə haqda düşünməliyik"

Emin Mehdiyev: “Yalnız qələbə haqda düşünməliyik"
18:27 20 Sentyabr 2017
112 İdman
Ölkə mətbuatı
A- A+

"Neftçi”yə gəldiyimə görə şadam. Komandaya çətin vəziyyətdən çıxmaq üçün kömək etmək istəyirəm”. Fanat.Az xəbər verir ki, bu sözləri “Neftçi”nin yeni transferi Emin Mahmudov deyib.

 

"Neftçi” TV-yə açıqlama verən 25 yaşlı yarımmüdafiəçi “ağ-qaralar”a keçidi haqda danışıb.

 

O, kollektivə uyğunlaşmaqda çətinlik çəkmədiyini bildirib: “Komanda yaxşı vəziyyətdə deyil. Yavaş-yavaş yüksəlmək lazımdı. Ab-hava yaxşıdı. Hamı yaxşı olmasını arzulayır. "Neftçi”nin əvvəlki səviyyəsinə qayıtmasını istəyən azarkeşlərin arzusunu reallaşdırmaq üçün hamımız çalışırıq. Ruslan Abışov mənə çox kömək edir, digər komanda yoldaşlarım da köməklərini əsirgəmirlər. Hər bir futbolçumuzla yaxşı münasibətim var, portuqal dilini bildiyim üçün legionerlərlə də ünsiyyət qura bilirəm. Azərbaycan, rus dillərini bilənlərlə danışıram. Buna görə də, uyğunlaşma prosesi asan keçir. Meydana məğlub düşüncəsi ilə çıxmaqdansa, çıxmamaq yaxşıdır. Yalnız qələbə haqda düşünməliyik. Ümid edirəm ki, alınacaq, qalib gələcəyik. Bilirik ki, bizə qələbə qazanmaq lazımdı”.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-emin-mehdiyev-yalnz-qlb-haqda-duunmliyikquot-t60656.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR