ABŞ prezidenti Donald Tramp Fələstinin dövlət başçısı Mahmud Abbasla görüşüb.

Metbuat.az-ın məlumatına görə, BMT Baş Assambleyasının 72-ci sessiyası zamanı görüşən dövlət başçıları İsraillə Fələstin arasında sülh yaradılması məsələsini müzakirə edib. Tramp, Fələstinlə İsrail arasında sülh yaratmağı bu günə qədər olan ən çətin razılaşma adlandırıb. Yaxın Şərqdə sülhün inkişafının əsas məsələlərdən biri olduğunu vurğulayan Tramp, bunun üçün çox çalışdıqlarını bildirib: “Əgər bu sülhə nail olsaq, hər kəs üçün böyük miras olacaq”.

Fələstin dövlət başçısı ABŞ rəhbərliyinin Yaxın Şərqdə sülh məsələsinə ciddi yanaşmaqlarından razı qaldığını bildirib: “Hörmətli prezidentin qətiyyəti bizi əsl sülhə yaxın olduğumuza inandırır”.

Bundan əlavə, ABŞ prezidenti İranla nüvə razılaşması məsələsi ilə bağlı jurnalistlərə açıqlama verib. O, “İranla bağlı qərar vermişəm, yaxın zamanda nə olduğunu biləcəksiniz” deyib. Tramp bununla bağlı ətraflı məlumat verməkdən imtina edib.

Günay Elşadqızı \ METBUAT.AZ

Daha bir ölkədə güclü zəlzələ baş verdi - SON DƏQİQƏ - OXUMAQ ÜÇÜN TIKLA