Dağlıq Qarabağ münaqişəsi sona çata bilər

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü gözlənilir. Bu barədə xarici KİV-də məlumat yayılıb. Bildirilib ki, Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla Ermənistan xarici işlər naziri Edvard Nalbandyan sentyabrın 23-də Nyu-Yorkda görüşəcək.

“BMT-nin Baş Assambleyasının 72-ci sessiyasından sonra yəqin ki, görüşün gündəliyində müəyyən dəyişikliklər olacaq”.

Bu sözləri Metbuat.az-a açıqlaması zamanı siyasi şərhçi Arzu Nağıyev bildirib. Onun sözlərinə görə, Azərbaycanın mövqeyi bu məsələdə dəyişməz olaraq qalır:

“Son vaxtlar qətnamələrin yerinə yetirilməməsi ilə bağlı Donald Trampın və dünya ictimaiyyətinin BMT-nin reforması ilə bağlı atdıqları addımlar nəticəsini göstərdi. Nalbandyan diplomatik gediş edərək, torpaqları qaytarmaq iqtidarında olduqları ilə bağlı anons verdi. Düşünürəm ki, bundan sonra müəyyən dəyişikliklər olacaq. Eyni zamanda, Cənab Məmmədyarovun İslam Əməkdaşlıq Təşkilatının görüşündə islam dövlətlərinə müraciəti də müəyyən dəyişikliklərə səbəb ola bilər. Azərbaycanın mövqeyi isə dəyişməz olaraq qalacaq. İşğal olunmuş ərazilərdən qoşunların qeyri-şərtsiz çıxarılması, danışıqların substantiv aparılması və son məqamda Dağlıq Qarabağa müəyyən statusların verilməsi istiqamətdə müəyyən danışıqlar gedə bilər”.

“İranla bağlı qərarımı vermişəm” - Donald Tramp - OXUMAQ ÜÇÜN TIKLAYIN!

Xəyalə Məmmədova / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR