ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FED) Açıq Bazar Əməliyyatları üzrə Komitəsinin iclası yekunlaşıb. FED uçot dərəcəsində heç bir dəyişiklik etməyib. Onu 0,1-1,25% səviyyəsində saxlayıb.
“FED-in bu qərarından sonra dünyada dolların indeksi 2 funkt bahalaşıb”.
Bu sözləri Metbuat.az - a açıqlaması zamanı iqtisadçı Natiq Cəfərli bildirib.
Onun sözlərinə görə, avro əvvəl 1 dollar 20 sent idisə, indi bir avro 1 dollar 18 sentə bərabərdir. Bu da günlük dəyişim üçün kifayət qədər böyük bir rəqəmdir:
“FED dünən axşam verdiyi qərarda çox açıq şəkildə bildirdi ki, ilin sonuna kimi 1, gələn il isə 3 dəfə faizləri artıracaq. Bu ilin son toplantısı dekabr ayının əvvəllərindədir. Çox güman ki, dekabr ayının əvvəllərində faiz artımı olacaq. FED tərəfdə əslində bir problem yoxdur. Necə demişdilərsə, o addımları da atırlar. Dolların son 3 ayda ucuzlaşması siyasi məsələlərlə bağlıdır. Trampla bağlı problem davam edir. Konqres və senatda araşdırmalar gedir. Xüsusi prokuror təyin olunub. Bu da dolları ucuzlaşdırıb”.