Partlamamış top mərmisi tapıldı - Yevlaxda

Partlamamış top mərmisi tapıldı - Yevlaxda
16:44 21 Sentyabr 2017
107 Digər
Ölkə mətbuatı
A- A+

Sentyabrın 21-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinə Yevlax şəhərində Yun zavodunun yaxınlığında partlamamış mərminin olması  barədə məlumat daxil olub. 

 

Agentlikdən Lent.az-a verilən məlumata görə, agentliyin mütəxəssisləri tərəfindən həmin əraziyə baxış keçirilib, aparılan təcili təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində aşkar olunmuş 1 ədəd 115 mm-lik top mərmisi (BM-3) götürülərək, zərərsizləşdirilməsi üçün agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

 

Aşkar olunmuş mərminin ətrafında 200 kv.m əraziyə yerüstü baxış keçirilib, bundan əlavə təhlükəli əşya və qurğu aşkar edilməyib.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/283878

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR