ABŞ Türkiyədən üzr istəyib?

Xəbər verdiyimiz kimi, Nyu-Yorkda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ prezidenti Donald Tramp arasında görüş olub.

Metbuat.az-ın məlumatına görə, görüşdən sonra açıqlama verən Ərdoğan may ayında Vaşinqtonda yaşanan hadisə ilə bağlı Trampın üzr istədiyini bildirib. Ancaq Ağ Ev bunu inkar edib və ABŞ-ın üzr istəmədiyini bildirib.

Məlumata görə, Ağ Evin mətbuat müşavirinin müavini Lindsey Valters, Ərdoğanın şərhini təkzib edib: “Bu mövzu ilə bağlı danışılıb. Amma üzr istənilməyib”. “Vaşinqton Post” qəzetinə açıqlama verən Sara Sanders də bildirib ki, bu məsələ ilə bağlı danışıq olsa da, üzr istəmək ifadə olmayıb.

Məsələ ilə Tvitter hesabından açıqlama verən Türkiyə Prezident Aparatının sözçüsü İbrahim Kalın isə bildirib ki, Ərdoğan Trampın üzr istədiyini yox, bu məsələ ilə bağlı üzgün olduğunu deyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR