Azərbaycan torpaqları geri qaytarılır...

Ermənistan xarici işlər naziri Edvard Nalbandyanın işğal olunmuş torpaqların bir hissəsinin Azərbaycana qaytarılması ilə bağlı açıqlamasına etirazlar gecikməyib.

Ermənistan Silahlı Qüvvələrinin baş qərargah rəisi Movses Akopyan sözügedən ərazilərin Azərbayacana qaytarılmayacağını qətiyyətlə bildirib. Onun sözlərinə görə, təhlükəsizliyin təmin olunması üçün işğal edilmiş bütün rayonların əldə saxlanması vacibdir.

Məsələ ilə bağlı Metbuat.az-a açıqlama verən millət vəkili Fəzail İbrahimli Nalbandyanın səmimiyyətinə inanmadığını bildirib:

“Hansısa bir rejimin üzvünün dediyi sözlərin səmimiyyətinə axıra qədər inanmaq olmaz. BMT tribunasında sayıqlamalarla danışan prezidentin məmurunun fikirlərində nə qədər səmimiyyət ola bilər? Burada bir manipulyasiya ola bilər. Ümumiyyətlə, bu fikirlər dünya ictimaiyyətinin gözünə pərdə salmaq üçün verilən mesajdır. Yəni, yuxarıların belə bir fikri var, amma xalqın iradəsini qırmaq olmaz. Ermənistanda xalqın iradəsi yoxdur, etiraz necə ola bilər? Orada xalqın iradəsindən kənar hakimiyyətə gələn, saxta seçkilərlə özlərinə yuva salmış bir rejim var. Məsələ xalqın iradəsinə qoyulsaydı, bəlkə də, indiyə kimi həll oluna bilərdi. Ona görə də, Nalbandyanın söylədiyi fikirlərin səmimiyyətinə inanmıram. Ermənistan üçün artıq Qarabağ məsələsi gündəmdə deyil. Erməni xalqı üçün yaşamaq, iş yeri axtarmaq, Qarabağ kartı üzərində hakimiyyətə gələn, xalqı rəzil vəziyyətə salan bu rejimdən qurtulmaq istəyi gündəmdədir”.

Qeyd edək ki, Ermənistan xarici işlər naziri Edvard Nalbadyan sentyabrın 19-da bildirib ki, Azərbaycanın işğal olunmuş ərazilərin bir hissəsinin qaytarılması məsələsi müzakirə olunur. O əlavə edib ki, söhbət həmin ərazilərdən gedir ki, onların qaytarılması Dağlıq Qarabağa təhlükə törətməyəcək.

“Tramp nə istəyirsə, yalnız onu dilə gətirəcək” - Politoloq - OXUMAQ ÜÇÜN TIKLAYIN!

Xəyalə Məmmədova / METBUAT.AZ 


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR