Doğuş çatlarını azaldan təbii üsullar

Dəri quruluğu, sürətlə çəki alıb-vermək, hamiləlik və doğuş səbəbi ilə meydana gələn çatlar hər qadının başına gələn problemlərdəndir.

Metbuat.az xəbər verir ki, çatlar adətən, ayaqlar, qollar, sinə və qarında meydana gəlir. Evdə hazırlayacağınız təbii üsullarla çatların görüntüsünü azalda, incə çatları müalicə edə bilərsiniz.

Qənd

Qənd çatları müalicə etmək üçün ən çox istifadə edilən üsullardandır. Qənd və badam yağını qarışdırın. Üzərinə limon suyu əlavə edin. Qarışığı çat olan bölgələrə tətbiq edin. Duş almazdan əvvəl 10 dəqiqə ərzində dərini xəfif ovun.

Zeytun yağı

Zeytun yağının tərkibində dəri problemlərini müalicə edən qidalandırıcı maddələr və antioksidantlar var. Yağı dərinizə masajla tətbiq edərək qan dövranını sürətləndirə, çatları azalda bilərsiniz. Dərinizin zeytun yağını yaxşıca alması üçün masaj sonrası 30 dəqiqə saxlayın.

Kartof

Kartof istifadə edərək çatlardan xilas ola bilərsiniz. Kartof suyu dəri hüceyrələrini canlandıran vitamin və minerallarla zəngindir. Kartofu incə dilimlər halında doğrayın. Ağ çatların üzərinə kartof suyu çıxana qədər ovun. Kartofun suyunu dərinizdə quruyana qədər saxlayıb ilıq su ilə yuyun.

Aysel Yaqubqızı / Metbuat.az

Ağzınızda yaralar varsa, bundan için - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR