Ağzınızda yaralar varsa, bundan için

Xalq təbabəti üsulları bir çox xəstəliyin müalicəsində öz müsbət təsirini göstərir.

Metbuat.az xəbər verir ki, ağız yaraları, həddindən artıq köklük, qan azlığı, qəbizlik, baş gicəllənməsi və s. problemlərin qarşısını almaq üçün reyhan şərbəti içə bilərsiniz.

Şərbətin tərkibi:

1 dəstə reyhan

10 çay qaşığı şəkər tozu

3 ədəd mixək

1 ədəd çubuq darçın

İstədiyiniz miqdarda limon suyu

2 litr su

Hazırlanması:

Reyhanı bir qabın içərisinə qoyun, bir neçə damcı sirkə əlavə edin və suyun içində saxlayın. Reyhanı təmizlədikdən sonra qaba bir dəstə reyhan əlavə edib 1 litr su tökün. Qabın içərisinə limon suyu, çubuq darçın və mixəyi əlavə edin. Məhsulları əlavə etdikdən sonra şüşə qapaqla bağlayın. Reyhan şərbəti əvvəlcə mavi, daha sonra bənövşəyi və sonda qırmızı rəng alacaq.

Qarışığı 15 dəqiqə ərzində qabda saxladıqdan sonra süzün. Servis edərkən içərisinə buz əlavə edə bilərsiniz.

Hazırlanması asan olan bu şərbət sağlamlığa çox faydalıdır. Reyhan şərbətindən faydalanmaq üçün gündə 3 dəfə içərisinə şəkər əlavə etmədən içə bilərsiniz.

Aysel Yaqubqızı / Metbuat.az

Uşağı məktəbə göndərərkən bunlara əməl edilməlidir - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR