"Kəpəz" qələbə, "Zirə" liderlik arzusunda - YENİLƏNİR

"Kəpəz" qələbə, "Zirə" liderlik arzusunda -   YENİLƏNİR
14:17 23 Sentyabr 2017
102 İdman
Ölkə mətbuatı
A- A+

Topaz Premyer Liqasında VI turun oyunları davam edir. Fanat.Az xəbər verir ki, bu gün daha iki qarşılaşma baş tutacaq.


Sünün ilk matçında "Səbail" "Kəpəz"i qəbul edəcək. Çempionat başlayandan qələbə üzünə həsrət qalan gəncəlilər nəhayət bu oyunda arzularını həyata keçirmək niyyətindədi. Amma "Səbail" asan yem olmadığını göstərib. Təbii ki, Samir Əliyevin komandasının da bu görüşdə qələbə şansı var. Rəsmi çempionatda ilk dəfə üz-üzə gələcək qarşılaşmanın maraqlı olacağı gözlənilir.


"Zirə" isə doğma meydanda "İnter"lə qarşılaşacaq. Bu görüşdə qələbə qazanacağı təqdirdə "Zirə" yenidən liderliyə qayıdacaq. Ancaq "İnter" də 3-cü pilləni ələ keçirmək üçün rəqibini səfərdə məğlubiyyətə uğratmağa çalışacaq. Komandalar ölkə çempionatlarında ümumilikdə 8 dəfə qarşılaşıblar. Bunlardan 6-da "İnter", 1-də "Zirə" meydandan 3 xalla ayrılıb. Digər 1 oyun heç-heçə nəticələnib. Top fərqi isə bərabərdi - 6:6. Son 4 oyunda eyni – 1:1 hesablı heç-heçə qeydə alınıb. "İnter” 6 matçdı meydanı qolsuz tərk etmir. Komandalardan heç biri indiyədək səfərdə qalib gəlməyib.


Qeyd edək ki, turun ilk oyununda "Qarabağ" "Sumqayıt"ı 4:1 hesabı ilə yenib. Son qarşılamşa sabah "Qəbələ" və "Neftçi" arasında keçiriləcək.


Premyer Liqa

2017/18 mövsümü

I dövrə, VI tur


23 sentyabr

17.30 Səbail - Kəpəz

Hakimlər: Rəhim Həsənov, Zeynal Zeynalov, Cavanşir Yusifov, Rauf Cabbarov.

AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.

Hakim-inspektor: Fazil Mürşüdov.

Bakı. "Dalğa Arena”.


20.00 Zirə - İnter

Hakimlər: İnqilab Məmmədov, Yaşar Abbasov, Nahid Əliyev, Ramil Diniyev.

AFFA nümayəndəsi: Zamiq Hüseynov.

Hakim-inspektor: Əhmədağa Cabbarov.

Bakı. Zirə İdman Kompleksinin stadionu. 


1. Qarabağ 5 5 0 0 12-3   15

2. Zirə 5 4 1 0 11-4   13

3. Qəbələ 5 3 1 1 8-5   10

4. İnter 5 2 1 2 6-6    7

5. Sumqayıt 6 2 1 3 6-10   7

6. Səbail 4 1 0 3 3-6    3

7. Neftçi 5 0 1 4 2-7    1

8. Kəpəz 5 0 1 4 3-10   1


Bombardirlər: Mahir Mədətov (Qarabağ) - 5. Vüsal İsgəndərli (Zirə), Riçard Qadze (Zirə) - 3.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotkpzquot-qlb-quotzirquot-liderlik-arzusunda-t60715.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR