Yaponiyada kosmik texnologiyaların inkişafı üzrə yeni proqram qəbul olunub

Yaponiyada kosmik texnologiyaların inkişafı üzrə yeni proqram qəbul olunub
10:51 9 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Yaponiya hökuməti tərəfindən milli kosmik texnologiyaların inkişafına, eləcə də sahə üzrə təhlükəsizlik və etibarlıq səviyyəsinin artırılmasına yönələn yeni onillik proqram təsdiq olunub.  
 
Proqramla yaxın on ildə milli kosmik sənayenin həcminin 5 trilyon yenə (49 milyard dollar) çatdırılması nəzərdə tutulur. Qeyd olunur ki, proqram çərçivəsində ABŞ ilə sahə üzrə əməkdaşlıq möhkəmləndiriləcək.
 
2020-ci ilədək ölkə hazırda istifadə olunan “H2-A” raketdaşıyıcısını əvəz edəcək yeni ağır raket təqdim etməyi planlaşdırır. Həmçinin 2015-ci ildə Yaponiyanın “Epsilon” raketdaşıyıcısının buraxılış qabiliyyəti yaxşılaşdırılacaq. Yaxın on ildə müxtəlif ölçülü səkkiz peykin buraxılışı da gözlənilir.
 
Yaponiya Aerokosmik Tədqiqatlar Agentliyinin (JAXA) son uğuru ötən ilin dekabrında ölkənin cənubunda yerləşən Taneqasima kosmodromundan həyata keçirilən “Hayabusa-2” (Şahin-2) kosmik zondunun buraxılışı olub. 2018-ci ildə zondun “1999 JU3” asteroidinin üst səthinə çataraq oradan torpaq nümunələri götürməsi gözlənilir. Bir sıra alimlərin fikrincə, götürülən nümunələrin tərkibində üzvi maddələr və su ola bilər. Kosmik aparatın Yerə əldə olunan nümunələrlə birlikdə 2020-ci ildə qayıdacağı bildirilir, - “TASS” yazır.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR