Prezident İlham Əliyev Salyan rayonuna səfərə gəlib

Prezident İlham Əliyev Salyan rayonuna səfərə gəlib
13:47 24 Sentyabr 2017
54 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 24 sentyabr. REPORT.AZ/ Sentyabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Salyan rayonuna səfərə gəlib.
"Report" xəbər verir ki, dövlət başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin Salyan şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət etdi, önünə gül dəstəsi qoydu.
Salyan Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov son illərdə rayonda görülən işlər, həyata keçirilən layihələr barədə dövlətimizin başçısına məlumat verdi. Bildirildi ki, Salyanın sosial-iqtisadi göstəriciləri xeyli yaxşılaşıb, çoxlu sosial infrastruktur obyektləri tikilib, kənd təsərrüfatı sahəsində istehsal müəssisələri yaradılıb. 

Xəbərin orijinal ünvanı: https://report.az/daxili-siyaset/prezident-i-lham-eliyev-salyan-rayonuna-sefere-gelib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR