Dominikada qasırğa qurbanlarının sayı 30 nəfərə çatıb

Dominikada qasırğa qurbanlarının sayı 30 nəfərə çatıb
01:32 25 Sentyabr 2017
189 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 25 sentyabr. REPORT.AZ/ Dominikada "Mariya" qasırğası nəticəsində ölənlərin sayı 30 nəfərə çatıb.
"Report" xəbər verir ki, bu barədə bazar günü "Telesur" telekanalı məlumat yayıb.
Bundan əvvəl 15 nəfərin öldüyü bildirilirdi. Ada indiyə qədər, demək olar ki, tamamilə işıqsız qalıb. Dominikanın bir çox rayonlarında su təchizatı pozulub. Qasırğa səbəbindən ölkədə evlərin 90 faizinin damı uçub. Baş nazir Ruzvelt Skerritanın Rozodakı rəsmi iqamətgahına da ziyan dəyib.


Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/dominikada-qasirga-qurbanlarinin-sayi-30-nefere-catib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR