Referendum gərginliyi: Dollar bahalaşa bilər

Dünyada baş verən siyasi hadisələr heç vaxt birjalara təsirsiz ötüşmür.

Bu gün neft ölkələrindən biri olan İraqda kürdlərin referendum keçirməsi və buna cavab olaraq Türkiyənin sərhədə qoşun yığması gərginliyi daha da artırıb.

Metbuat.az-a açıqlama verən iqtisadçı Natiq Cəfərli bildirib ki, dünyada tədirginlik yaranan zaman, bu, birbaşa  valyutalara təsir göstərir. Belə məqamlarda da dollar bahalaşır:

“Şimali İraqın dünya iqtisadiyyatında olan yeri çox kiçikdir. Sadəcə gərginliyin bütün bölgəyə yayılması, hətta müharibə təhlükəsinin olması tədirginlik yaradır. Artıq səhər saatlarından etibarən Avropa birjalarında, eyni zamanda onlayn platformalarda dolların məzənnəsi yüksəlib. Düzdür, bu, çox böyük bir yüksəliş deyil. Lakin mənə elə gəlir ki, bu yüksəlişin səbəblərindən biri Şimali İraqdakı referendum və dünyada yaranan gərgin situasiyadır. Həmçinin, sözügedən ərazi neft bölgəsidir. Şimali İraq hasil etdiyi nefti dünya bazarlarına çıxarmağa yol tapmasa, o zaman neftin qiymətinə də təsir edəcək. Bu, ilkin mərhələdə neftin qiymətinin bahalaşmasına səbəb ola bilər. Lakin sonradan İraq nefti bazarlara çıxarmağa başlasa, əksinə qiymətər çox sərt şəkildə ucuzlaşa bilər. Ona görə də, hazırda dünyada baş verən proseslər çox diqqətlə izlənilir”.

Banklar kredit vermir - Problemin səbəbi nələrdir? - OXUMAQ ÜÇÜN TIKLAYIN!

Xəyalə Məmmədova / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR