Faiq Ağayevdən sərt reaksiya

Xalq artisti Faiq Ağayev sosial şəbəkədəki bəzi paylaşımlara sərt reaksiya verib.

Metbuat.az xəbər verir ki, xalq artistində məşhurların sosial şəbəkədə paylaşımlarına gələn bəyənmələrə qıcıq yaranıb. O bildirib ki, bu bəyənmələr saxta yolla artırılır:  

“Biz idmançı deyilik, biz sənət adamıyıq. İdmançı hər hansı daşı qaldırır və alqış alır. Biz isə sənət göstəririk. Kiminsə sosial şəbəkədə paylaşdığı statusa çox bəyənmə gəlibsə, bu o demək deyil ki, o az bəyənmə gələn adamdan böyük sənətçidir. Tarkanın “Yolla” mahnısına böyük bəyənmə gəlmişdi. Alena Tilkinin mahnısına daha böyük rəqəmdə bəyənmə gəlmişdi. Bu o deməkdir ki, Alena Tarkandan böyük sənətçidir? Günah etmiş olarıq. Avaraların sayı ətrafımızda çoxdur.”

Elgiz Əkbər canlı efirdə etiraf etdi - VİDEO - Oxumaq üçün tıkla 

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR