Bu gün Şimali İraqda Kürd Muxtariyyətinin keçirdiyi
müstəqillik referendumundan bir neçə gün öncə Kərkükdə gizli
toplantı keçirildiyi ortaya çıxıb.
Publika.az xəbər verir ki, “Milliyet” qəzetinin yazarı
Özay Şendir gizli toplantının Məsud Bərzaninin məsləhətçisi Hoşyar
Zebarinin Kərkükdəki evində keçirildiyini yazıb.
Yazar qeyd edir ki, sirli toplantıya ABŞ-dan Peter Qalbrayt da
qatılıb.
“Qalbrayt ABŞ-ın Kürdüstanda ilk səfiri olacaq. Əslində o, ilk
olmağa vərdiş edib. Yuqoslaviya dağılandan sonra Xorvatiyada
işlədi, daha sonra Əfqanıstana qədər gedib çıxdı. Bu şəxs Norveçin
neft şirkətini Şimali İraqda neft tədqiqatına başlamağa razı salıb.
PKK lideri Öcalanın Romada olduğu günlərdə CİA ilə onun arasında
danışıqlar aparmaq üçün İtaliyaya gedən iki şəxsdən biri də
Qalbrayt idi. 2007-ci ildə “İraqın sonu” kitabını yazandan bəri
kürdlərin müstəqilliyini müdafiə edir. İyulda Konqresdə keçirilən
“Kürdüstan ABŞ-ın strateji müttəfiqi” konfransının əsas
mühazirəçisi idi”, - deyə yazar vurğulayıb.
Asif