Metbuat.az-ın işıqlandırdığı daha bir məsələ həllini tapıb.
Metbuat.az bildirir ki, Tovuz Rayonu İsmayıl Mürşüdov adına Aşağı Quşçu kənd orta məktəbində ləğv olunan 5 yaşlı uşaqlar üçün məktəbə hazırlıq qruplarından biri yenidən bərpa edilib. Bu barədə Metbuat.az-a məlumat verən məktəbin müəllimi Göyçək Məmmədova bildirib ki, problem işıqlandırıldıqdan bir gün sonra ləğv olunan qrup yenidən yaradılıb.
Məsələ həll olunduğu üçün kənddə yaşayan 18 uşaq bu ilin oktyabr ayında hazırlıq kurslarına gedə biləcəklər.
Təhsil Nazirliyi təhsil ocaqlarını niyə bağlayır? - Qəribə açıqlama... - OXUMAQ ÜÇÜN TIKLAYIN! |