Meyxanaçı-müğənni Samirə Yusifqızı əməkdar artist Gülüstan Əliyeva ilə aralarında olan qalmaqaldan danışıb. Lent.az-ın “Show time” verilişinə qonaq olan ifaçı bildirib ki, G.Əliyeva ilə danışmır: "Sadəcə mən demişəm ki, Gülüstan xanım o mahnını məndən sonra oxuyub. Yəni hər birimiz öz bildiyimiz kimi oxumuşuq. Amma mahnının möhrünü mən vurmuşam. O tar-kamança ilə, mən isə ansambl ilə. "Saçını yolaram" ifadəsi isə başqa bir müğənni tərəfdən mənim ünvanıma səslənib. Sadəcə onu mənim adıma yazıblar".
Qeyd edək ki, "Show time" verilişi həftənin çərşənbə axşamı saat 15:10-da "APA TV"-də Yalçın Uğurun təqdimatında yayımlanır.