“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, adi telefon funksiyalarına malik “K188” modeli 32 MB-lıq əməli və 32 MB-lıq daxili yaddaşla təchiz edilib. “microSD” yaddaş kartı sayəsində daxili yaddaşı 8 QB-dək artırmaq mümkündür. Aparat multimedia funksiyalarını dəstəkləyir: fotoşəkillərə baxmaq, video izləmək, musiqi dinləmək. Qurğunu ehtiyat telefon və ya “Bluetooth” pleyer kimi istifadə etmək olar. İstehsalçının iddiasına görə, telefon stress vəziyyətlərində gərginliyi azaltmağa kömək edəcək.
Model 6 rəngdə (qara, göy, qırmızı, gümüşü, qızılı-çəhrayı və qızılı) əlçatandır. Hindistanda “K188” modelinin pərakəndə qiyməti 18,3-19,8 ABŞ dolları təşkil edəcək.
Emil Hüseynov