Bakı. 28 sentyabr. REPORT.AZ/ "Dağlıq Qarabağ Azərbaycan ərazisidir və bu ərazilər işğaldan azad edilməlidir".
"Report" xəbər verir ki, bunu Bakıda səfərdə olan Türkiyənin milli müdafiə naziri Nurettin Canikli deyib.
"Tez və ya gec bu torpaqlar azad ediləcək", - o bildirib.
"Azərbaycanla hərbi sahədə əməkdaşlığımız yüksək səviyyədədir. Biz vahid qüvvə kimi hərəkət edirik. Azərbaycanın gücünü Türkiyə gücüdür və əksinə, Türkiyənin gücü Azərbaycanın gücüdür. Biz xaricdən silah alınmasında problemlərlə qarşılaşırıq. Odur ki, öz silahlarımızı istehsal etməyə başlamaq üçün hərbi sənayedə səylərimizi artırmalıyıq", - Türkiyənin milli müdafiə naziri vurğulayıb.