"S&P Dow Jones"un departament rəhbəri Codi Qunzberq CNBC telekanalına müsahibəsində bildirib ki, son həftələr ərzində neftin qiymətində müşahidə olunan artım tendensiyası davam edəcək. Onun fikrincə, nəhayət bazarda real balanslaşma başlanıb. C. Qunzberqin proqnozuna əsasən, təklif defisitlə üzləşərsə, neftin qiyməti 80, hətta 85 dollaradək yüksələ bilər.

İqtisadçı Natiq Cəfərli Metbuat.az-a açıqlamasında bildirir ki, neftin qiymətinin yaxın müddətdə yox, bir neçə ildə bu həddə çatmasından söhbət gedir:

“Əsas məsələ siyasi gərginliyin artması ilə bağlıdır. Yaxın Şərqdə hər hansı bir münaqişə təhlükəsi yaranarsa, neftin qiymətinə təsir göstərə bilər. İraq dünyada ən çox neft ixrac edən 5 ölkədən biridir. Orada münaqişə baş verərsə, qiymətlərə ciddi təsir göstərə bilər. Hətta ətraf bölgələrə də münaqişlərin yayılma ehtimalı var. Bu da qiymətlərə təsir göstərə bilər.

Neft İqtisadiyyat Birja Xəbərlər Natiq Cəfərli