Törədilən hər yol-nəqliyyat hadisəsinə görə məsuliyyətə cəlb olunmayacaqsınız.

Metbuat.az bildirir ki, bu barədə Cinayət Məcəlləsinə dəyişiklik gözlənilir. Hüquqşunas Asif Abdulayev qeyd edir ki, tərəflər barışdıqda, avtoqəzaya görə cinayət işinə xitam veriləcək:

“Cinayət Məcəlləsinə təklif edilən dəyişiklik təsdiq edilərsə, (ölümlə nəticələnən yol-nəqliyyat hadisələri istisna olmaqla) xəsarət yetirən şəxs zərərçəkmişlə barışdığı və ona vurulan ziyanı tam ödədiyi halda cinayət məsuliyyətindən azad ediləcək”.

Azərbaycanda bu məhsullar bahalaşıb - SİYAHI - OXUMAQ ÜÇÜN TIKLAYIN!

Xəyalə Məmmədova / Metbuat.az