DİQQƏT: Siz bankda zaminsinizsə, təhlükədəsiniz...!

Azərbaycanda banklar kredit borcu verərkən vətəndaşlardan zamin tələb edir.

Zamin kredit götürən şəxslə eyni məsuliyyətə sahib şəxslərə deyilir və kredit ödənilmədiyi təqdirdə ona müraciət olunur. Amma nədənsə, bu gün banklar kredit borcu gecikdirilən zaman borcludan öncə zaminə zəng edib, onu bezdirirlər. 

Hüquqşunas Xəyal Bəşirov Metbuat.az-a açıqlamasında bildirir ki, zaminlərin hüququ bir çox hallarda pozulur:

“Regionlarımızda və paytaxt Bakıda kredit müqavilələri bağlanılarkən, zaminlərə heç bir məlumat verilmir. Zamin müqaviləni imzalayan zaman borclu qədər məsuliyyət daşıdığını bilmir. Əslində, zamin bütün əmlak və gəlirləri ilə birlikdə məsuliyyət daşıyır. Təəssüflər olsun, kredit müqaviləsi imazalanan zaman zaminə bunlar izah olunmur.

Zaminlərin hüquqları nə zaman pozulur?

Sonradan kredit müqaviləsinə dəyşiklik edilərkən çox vaxt zaminə məlumat verilmir. Bu, artıq zaminlik hüququnun pozulmasıdır. Məsələn, zamin iki illik sənədə qol çəkir. Lakin borclu ilə bank arasında müqaviləyə edilən dəyişiklik nəticəsində xəbəri olmadan bu müddət uzadılır. Belə olan halda həmin şəxslər zaminlikdən imtina etmək hüququna malikdirlər".

Xəyalə Məmmədova / METBUAT.AZ

Azərbaycanda dollar 2 manat olacaq? - Devalvasiya gözləntisi...- OXUMAQ ÜÇÜN TIKLAYIN!


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR