Paytaxtda mənzildən 62 yaşlı qadın meyiti tapılıb.
Fövqəladə Hallar Nazirliyindən Metbuat.az-a verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Nərimanov rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Dərhal Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıb və 1955-ci il təvəllüdlü Əliyeva Gülər Qurban qızının cəsədini aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.
Yağışlı havalarda avtomobildə bunlara DİQQƏT edin... - Sürücülərin nəzərinə! - OXUMAQ ÜÇÜN TIKLAYIN! |