​“Bitcoin” 6 min dollar ola bilər

Ekspertlər ilin sonuna kimi virtual valyuta olan “Bitcoin”-nin 40% dəyər qazanaraq, 6 min dollara çatacağını iddia ediblər.

Metbuat.az bildirir ki, kriptovalyuta üzrə ekspert Thomas Glucksmannın iddialarına görə, bu il “Bitcoin” 6 min dollara kimi yüksələcək. O bildirib ki, hazırki qiymətlərə müqayisədə bu rəqəm real görünür.

Qeyd edək ki, Çinin “Bitcoin” və “İCO” qadağasından sonra dəyər itirməyə başlayan virtual valyuta Yaponiyanın məsələyə qarışması ilə yenidən bahalaşıb. Yaponiyanın addımından sonra “Bitcoin” ölkədə hüquqi status qazanıb və satıcılar tərəfindən istifadə olunmağa başlanılıb.

İnterneti zəif olan bu üsulu sınaqdan keçirsin – VİDEO – OXUMAQ ÜÇÜN TIKLAYIN!


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR