DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Azərbaycan millisi sabah Almaniya ilə qarşılaşacaq.
Publika.az xəbər verir ki, millimizin baş məşqçisi Robert Prosineçki matçdan öncə mətbuat nümayəndələrinin suallarını cavablandırıb:
- Rəqib barəsində çox şey demək istəmirəm. Almaniya dünyanın ən güclü komandasıdı. Sabahkı oyunda onların oyununu çətinləşdirməyə çalışacağıq. Bizi çətin oyun gözləyir. Əlimizdən gələni edəcəyik ki, matçdan sonra bir-birimizin üzünə baxa bilək. Almanlara qarşı öz evimizdə keçirdiyimiz oyunda qol vurub, onları "qıdıqlaya bildik". Artıq onlar bizim nəyə qadir olduğumuzu bilirlər.
- Sabahkı oyun üçün heyəti dəqiqləşdirmədiyinizi
dediniz. Hazırkı durum üçün ağlınızda olan heyəti açıqlaya
bilərsinizmi?
- Oyun bu gün olsaydı, heyəti açıqlaya bilərdim. İndiki durumda son
məşqi gözləməliyəm. Zədəli oyunçular var. Onların son durumunu
öyrəndikdən sonra heyəti müəyyənləşdirəcəm.
- Yoahim Löv böyükhesablı nəticənin olmayacağını
bildirdi. Siz necə düşünürsüz?
- Futbolda hər şey ola bilər. Hər bir komandaya hörmətlə yanaşırıq,
ancaq onlardan qorxmuruq. Uşaqlar Bakıdakı oyunu yada salıb, burda
da yaxşı çıxış edəcəklər.