Türkiyənin Samsun şəhərində 41 yaşlı Azərbaycan vətəndaşı Arzu İsmayılovaya təcavüz edərək yandıran şəxs İstanbulda saxlanılıb.
Metbuat.az bildirir ki, 2 uşaq anası Arzu İsmayılova borc pul almaq üçün tanışı R.P adlı şəxsin evinə gedib. İddiaya görə, Arzu İsmayılova evdə R.P adlı şəxs tərəfindən cinsi təcavüzə məruz qalıb, daha sonra kimyəvi maddə ilə yandırılıb. Yaralanan qadın qonşuların köməyi ilə xəstəxanaya aparılıb.
Əvvəlcə ifadəsi alındıqdan sonra səebəst buraxılan R.P prokurorun etirazından sonra həbs olunub.