Sabah bu şəxslər diqqətli olsun, ölə bilərlər!

Sinoptiklər xəbərdarlıq edirlər ki, artıq Yer kürəsini cənginə almış ən güclü maqnit qasırğasının 13-14 oktyabrda pik səviyyəsi olacaq. Maqnit qasırğasının canlı orqanizmlərə mənfi təsirləri danılmazdır. Bu günlərdə kimlər daha diqqətli olmalıdır?

Mövzu ilə bağlı Səhiyyə Nazirliyinin baş terapevti professor Yaqub Qurbanov Metbuat.az-a açıqlamasında deyib:

“Maqnit qasırğası daha çox meteohəssas insanlara təsir edir. İmmunitet sistemi zəif olanlar, xroniki xəstələr iqlim dəyişikliyi, təbiət hadisələrinə qarşı həssas olduqları üçün belə günlərə əvvəlcədən hazırlaşmalıdır. Fiziki hərəkətlər edilməli, özlərini çox yormamalı, antioksidant tərkibli meyvə-tərəvəzlər yeməlidirlər. Xroniki xəstələr qabaqlayıcı müalicə almaq üçün həkimlərinə müraciət etməlidir”.

Aysel Yaqubqızı / Metbuat.az

https://metbuat.az/news/804194/iki-gun-tehluke-var-bu-xeberi-hami-oxusun.html


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR