Somalinin paytaxtı Moqadişuda Safari otelinin qarşısında bomba yüklü yük maşını ilə təşkil olunan hücum zamanı ölənlərin sayı 189-a yüksəlib.
Metbuat.az bildirir ki, baş verən güclü partlayış nəticəsində otelin bir hissəsi çöküb, çoxlu insan dağıntılar altda qalıb.
Bundan əlavə, Medina şəhərində təşkil olunan digər bir hücum zamanı 2 nəfər ölüb.
Terrorun Əş-Şəbab terror qruplaşması tərəfindən həyata keçirildiyi söylənilir.