Ronaldo Avropada ikinci oldu - FORBES

Ronaldo Avropada ikinci oldu - FORBES
16:53 17 Oktyabr 2017
79 İdman
Ölkə mətbuatı
A- A+

İspaniyanın "Real" futbol klubunun və Portuqaliya yığmasının hücumçusu Kristiano Ronaldo Avropada ən yüksək maaşlı məşhurlar siyahısında ikinci yeri tutdu.

Publika.az bildirir ki, Forbes öz reytinq cədvəlini saytında dərc edib.

Nəşrin məlumatına görə, ötən 1 il ərzində portuqal futbolçu 93 milyon dollar qazanıb. Son 1 ili çıxsaq planetin ən yüksək maaşlı idmançısı məhz Ronaldo idi.

Siyahıda həmçinin İsveçrə tennisçisi Rocer Federer də var. O, 64 milyon dollarla beşinci yerdə qərarlaşıb.

Zaur H.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/idman/217337.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR