Polşa Türkiyənin Aİ-yə üzvlüyünü dəstəklədi

Polşa Türkiyənin Aİ-yə üzvlüyünü dəstəklədi
22:57 17 Oktyabr 2017
51 Dünya
Ölkə mətbuatı
A- A+

Polşa Türkiyənin Avropa İttifaqına üzvlüyünü dəstəkləyir, bu ölkənin hərbi və iqtisadi potensialı Aİ üçün vacibdir.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu Polşa prezidenti Anjey Duda Varşavada türkiyəli həmkarı Rəcəb Tayyip Ərdoğanla birgə mətbuat konfransında bildirib.
"Türkiyənin Aİ-yə üzv olacağına ümid edirik. Türkiyə çoxdan Aİ-yə üzv olmaq üçün səy göstərir. Türkiyə çalışır və üzv olmağını gözləyir", - deyə A.Duda bildirib.    
 
Onun sözlərinə görə, Türkiyə təhlükəsizlik nöqteyi-nəzərdən Aİ-nin çox mühüm tərəfdaşıdır: "Bunu heç kimə izah etməyə ehtiyac yoxdur. Türkiyənin hərbi və iqtisadi potensialı Aİ üçün çox vacibdir".  
 
 "Ankara Aİ qarşısında qaçqınlar məsələsinə dair üzərinə götürdüyü öhdəlikləri icra edir", - deyə Polşa prezidenti qeyd edib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/591222.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR