Efiopiyada Azərbaycanın milli mətbəx günləri keçirilib

Efiopiyada Azərbaycanın milli mətbəx günləri keçirilib
11:37 18 Oktyabr 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 18 oktyabr. REPORT.AZ/ Efiopiyanın Əddis-Əbəbə şəhərində ilk dəfə olaraq Azərbaycanın milli mətbəx günləri keçirilib.
Azərbaycanın Efiopiyadakı səfirliyindən "Report"a verilən məlumata görə, tədbir Azərbaycanın Milli Müstəqillik Gününə və Azərbaycanla Efiopiya arasında diplomatik münasibətlərin qurulmasının 25 illik yubileyinə həsr olunub. 
Səfir Elman Abdullayev, “Radisson Blu” mehmanxanasının baş direktoru Hans Peter və Azərbaycandan gələn kulinar İmran Alıyev mətbuat konfransı çərçivəsində Azərbaycan və onun tarixi, adət-ənənələri, mətbəxi haqqında jurnalistlərin çoxsaylı suallarını cavablandırıblar.
Mətbuat konfransından sonra tədbirin açılış mərasimində çıxış edən E.Abdullayev Azərbaycanın qədim tarixi və mədəniyyəti barədə ətraflı məlumat verərək, mətbəx günlərinin iki ölkə arasında qarşılıqlı mədəni əməkdaşlığın inkişafı, xalqların bir-birini daha yaxından tanımasına xidmət etdiyini vurğulayıb. E.Abdullayev mədəniyyətlərin və sivilizasiyaların kəsişməsində yerləşən Azərbaycanın tarixən formalaşan zəngin milli mətbəxinin öz təkrarolunmaz müxtəlifliyi ilə seçildiyini qeyd edib.
“Radisson Blu” mehmanxanasının baş direktoru ilk dəfə Azərbaycan milli mətbəx günlərinin məhz bu mehmanxanada təşkil edildiyinə görə şərəf duyduğunu qeyd edərək, mehmanxananın qonaqlarına Azərbaycanın milli mətbəxinin tarixi, fəlsəfəsi və əsasları barədə geniş məlumat əldə etmək imkanı yaradacağını vurğulayıb.
Tədbirdə Əddis-Əbəbədə akkreditə olunan səfirlər, diplomatlar, Afrika İttifaqının nümayəndələri, Efiopiya rəsmiləri, yerli media nümayəndələri və Azərbaycanın ali təhsil müəssisələrini bitirən efiopiyalı məzunlar iştirak ediblər. Tədbir zamanı qonaqlara Azərbaycanın süfrə mədəniyyəti, qonaqpərvərliyi və ənənələri barədə video çarxlar nümayiş etdirilib. 









Xəbərin orijinal ünvanı: https://report.az/medeniyyet-siyaseti/efiopiyada-azerbaycanin-milli-metbex-gunleri-kecirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR