Milinko Pantiç: "Robert Prosineçki Azərbaycan milli komandasında yaxşı işlər görüb"

Milinko Pantiç: "Robert Prosineçki Azərbaycan milli komandasında yaxşı işlər görüb"
13:32 18 Oktyabr 2017
37 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 18 oktyabr. REPORT.AZ/ “Robert Prosineçki Azərbaycan milli komandasında yaxşı işlər görüb. Son tsikldə əldə olunan 10 xal yüksək nəticədir”. Bunu “Report”a açıqlamasında “Bakı” klubunun sabiq baş məşqçisi Milinko Pantiç Robert Prosineçkinin Azərbaycan yığmasındakı işini dəyərləndirərkən deyib.
51 yaşlı mütəxəssis bildirib ki, Azərbaycan Premyer Liqasında əvvəlki rəqabətin azaldığı və cəmi 8 komandanın qaldığı bir şəraitdə Prosineçki 2018-ci il dünya çempionatının seçmə qrup mərhələsində rekord nəticə göstərib. O, yaxşı futbolçu və yaxşı insan kimi dəyərləndirdiyi xorvatiyalı həmkarının gördüyü işin göz qabağında olduğunu da əlavə edib. 
Vaxtıilə Prosineçkiyə qarşı oynadığını da xatırladan Pantiç futbolçu qismində 1996-cı ildə İspaniya Kubokunun final matçında üz-üzə gəldiklərini söyləyib: “Həmin vaxt Prosineçki “Barselona”da, mən isə “Atletiko”da çıxış edirdim. Həlledici görüşdə 1:0 hesabı ilə qalib gəldik. Oyunda yeganə qolu da mən vurdum”.
Qeyd edək ki, Robert Prosineçki 1996-cı il aprelin 10-da Saraqosa şəhərində “Romareda” stadionunda baş tutan qarşılaşmanın 75-ci dəqiqəsində Luiş Fiqunu əvəzləyib. Start heyətində yer alan Milinko Pantiç isə 41-ci dəqiqədə sarı vərəqə alsa da, 102-ci dəqiqədə qələbə qolunu vurmağa müvəffəq olub. Bu qarşılaşmada hazırda “Atletiko”nun formasını geyinən Dieqo Simeone də xorvatiyalı mütəxəssisə qarşı çıxış edib. Pantiç 2013/2014 mövsümündə “Bakı”ya rəhbərlik edib. O, Çempionlar Liqasının qrup mərhələsinin III turunda “Qarabağ”ın qonağı olacaq İspaniya “Atletiko”sunun veteran futbolçusu qismində Bakıya gəlib. 

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/milinko-pantic-robert-prosinecki-azerbaycan-milli-komandasinda-yaxsi-isler-gorub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR