Rusiya XİN: "Xəzər dənizinin statusu ilə bağlı gələn il yekun razılıq əldə olunacağı şansı var"

Rusiya XİN: "Xəzər dənizinin statusu ilə bağlı gələn il yekun razılıq əldə olunacağı şansı var"
14:07 19 Oktyabr 2017
36 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 19 oktyabr. REPORT.AZ/ Xəzər dənizinin statusu ilə bağlı gələcək Konvensiyanın maddələrindən çoxu razılaşdırılıb, 2018-ci ildə yekun razılıq əldə olunacağı şansı var".
"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyini xüsusi tapşırıqlar üzrə səfiri, Rusiya prezidentinin qonşu dövlətlərlə - MDB üzvləri ilə sərhədlərin delimitasiyası və demarkasiyası üzrə xüsusi nümayəndəsi İqor Bratçikov deyib.
"Tərəflərin hər biri Konvensiyanın müxtəlif sahələrdə qarşılıqlı əməkdaşlıq üçün aydın və şəffaf qaydaları, mümkün mübahisələrin həllini təmin edəcək güzəştli hüquqi alət, regionda təhlükəsiz və proqnozlaşdırıla bilən vəziyyətin yaradılmasına, Xəzərin dostluq və mehriban qonşuluq dənizi kimi qalmasına etibarlı əsas olacağını dərk edir", - Xəzər dənizi üzrə danışıqlarda Rusiya nümayəndə heyətinə rəhbərlik edən diplomat əlavə edib.
Onun sözlərinə görə, indi Xəzər dənizinin hüquqi statusu ilə bağlı Konvensiyanın müddəalarının çoxu razılaşdırılıb. İ.Bratçikov qeyd edib ki, sənəddə Xərəyanı beş ölkənin hamısının ehtiyacları ahəngdar şəkildə balanslaşdırılıb və sənəd onlardan heç birinin milli maraqlarına zidd deyil.

Xəbərin orijinal ünvanı: https://report.az/xarici-siyaset/rusiya-xi-n-xezer-denizinin-statusu-ile-bagli-gelen-il-yekun-raziliq-elde-olunacagi-sansi-var

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR