Türkiyə Hərbi Qüvvələri PKK-nın 24 terrorçusunu məhv edib

Türkiyə Hərbi Qüvvələri PKK-nın 24 terrorçusunu məhv edib
23:37 19 Oktyabr 2017
43 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 19 oktyabr. REPORT.AZ/ Türkiyə Hərbi Qüvvələri PKK-nın İraqın şimalındakı Zap regionunda və Türkiyənin cənub-qərbində, Hakkari vilayətindəki mövqelərinə zərbələr endirib.
"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyə Hərbi Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Məlumatda qeyd olunur ki, Zap regionuna endirilmiş artilleriya zərbələri nəticəsində 7 terrorçu zərərsizləşdirilib. Beləliklə, İraqın şimalında keçirilən əməliyyat nəticəsində məhv edilən PKK terrorçularının sayı 24-ə çatıb.
Eyni zamanda PKK terrorçuları Mardin vilayətinin Darkeçid rayonunda 4 nəfəri oğurlayıb. 

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/turkiye-herbi-quvveleri-pkk-nin-24-terrorcusunu-mehv-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR